Modern.az

Cəmil Çiçək: “TBMM-də Xocalı soyqırımı ilə bağlı qanun layihəsi müzakirə olunacaq” - FOTOLAR

Cəmil Çiçək: “TBMM-də Xocalı soyqırımı ilə bağlı qanun layihəsi müzakirə olunacaq” - FOTOLAR

16 Fevral 2012, 18:34

Bu gün Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşüb.

Səfirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  görüş zamanı F.Bağırov İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyada keçirilən toplantısında Xocalı soyqırımı ilə bağlı qərarının qəbulu prosesində Türkiyənin dəstəyinə görə sədrə təşəkkürünü bildirib. Eyni zamanda səfir Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı təşkil edəcəkləri tədbirlər barədə məlumat verib, bu tədbirlərdə Türkiyənin parlament üzvlərinin iştirakının vacibliyini vurğulayıb.

Fevralın 28-də TBMM-də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək rəsm sərgisi üçün göstərdiyi köməyə görə spikerə təşəkkürünü bildirib. 

Cəmil Çiçək isə səfirliyin Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı təşkil etdiyi tədbirlərə dəstək verəcəyini deyib. O, Fransada davam edən prosesin böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb və TBMM-də Xocalı Soyqırımı ilə bağlı qanun təklifinin müzakirə olunacağını vurğulayıb.

Səfir Cəmil Çiçəyi Azərbaycana rəsmi səfərə dəvət edib.

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!