Modern.az

Bakıda səfillər himayəyə götürülüb

Bakıda səfillər himayəyə götürülüb

16 Fevral 2012, 18:55

Respublika ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin rayonlarında qurulmuş səyyar sığınacaqlarda yerləşən və yaşayış yeri olmayan insanların bundan sonrakı taleyinin müəyyən olunması istiqamətində də nazirlik tərəfindən məqsədyönlü işlərin görülməsinə başlanılıb.

Belə ki, kəskin hava şəraitində səyyar sığınacaqlarda yerləşdirilmiş insanlardan 19 nəfərinin yaşayış üçün yeri olmadığı, səfil həyatı keçirdiyi müəyyən olunub. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, Bakının Xəzər rayonunun Şaqan kəndində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatına yerləşdirilib.

Nazirlikdən Modern.az-a bildirilib ki, fevralın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov adıgedən pansionata gələrək, burada həmin insanlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olub, onların lazımi diqqət və qayğı ilə əhatə olunması üçün müvafiq tapşırıqlarını verib.

KİV-ə müsahibəsində Elnur Kələntərov bildirib ki, pansionatda yerləşdirilən bu şəxslər ilkin olaraq tibbi müayinədən keçiriləcək və səhhətində problem olanlara müvafiq müalicə xidməti göstəriləcək. Ümumiyyətlə, qeyd olunan şəxslərin səfil həyat tərzinə son qoyulmaqla, onların bundan sonra sosial xidmət müəssisələrində yaşayaraq, qida, geyim və s. baxımından təminatı həyata keçiriləcək.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir