Modern.az

Xarici İşlər Nazirliyində oyun...

Xarici İşlər Nazirliyində oyun...

17 Fevral 2012, 11:41

Xarici İşlər Nazirinin (XİN) əməkdaşları arasında intelektual oyun üzrə çenpiyonat keçiriləcək. Bu barədə Modern.az-a  XİN-nin mətbuat xidməti məlumat verib.

Nazirlikdən bildirilib ki, fevralın 19-da  XİN-nin əməkdaşları arasında  “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birinci çempionat  keçiriləcək. Çempionatda iştirak etmək üçün XİN-nin əməkdaşlarından ibarət 8 komanda artıq qeydiyyatdan keçib. Hər komanda 5 və 6 nəfərdən təşkil olunub.

XİN-də bu tipli intellektual oyunlar mütəmadi olaraq keçirilməkdədi. Bu məqsədlə XİN-də “Diplomat” İntellektual Klubu da təsis edilib.

Artıq ikinci dəfədir ki, klub tərəfindən XİN əməkdaşları arasında çempionat keçirilir.

Qeyd edək ki, bundan öncə ötən ilin 9 may tarixində Şahmat Klubunda XİN üzrə birinci “Breyn Rinq” intellektual oyunu təşkil edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir