Modern.az

Ali Məhkəməda baxılan işlərin sayı niyə artıb?

Ali Məhkəməda baxılan işlərin sayı niyə artıb?

17 Fevral 2012, 16:30

Bu gün Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin növbəti Plenumu keçirilib. Modern.az xəbər verir ki,  Ali Məhkəmənin sədri R.Rzayev 2011-ci il bir sıra əlamətdar hadisələrlə yadda qaldığını deyib. 
R.Rzayev qeyd edib  ki, 2011-ci ildə  Prezident İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ali Məhkəmənin fəaliyyətinin hüququ və informasiya təminatı gücləndirilib, aparatda yeni texnologiyalar tətbiq edilib, hakimlərin maddi təminatı yaxşılaşdırılıb, maddi–texniki baza möhkəmləndirilib. Əvvəlki illərlə müqayisədə 2011-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi də xeyli yüksəlib. Azərbaycan Respublikasının “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması və Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sisteminiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasını tanıması, ilk növbədə Azərbaycan vətəndaşları üçün faydalı olub. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2011-ci ildə kollegiya fəaliyyətlərində nəzərəçarpacaq irəliləyişin olduğunu qeyd ediblər. 
Ali Məhkəmənin bütün kollegiyalarında – mülki, inzibati–iqtisadi, cinayət və hərbi kollegiyalarında ötən il ərzində baxılan işlərin sayı 2010-cu ilin müvafiq dövri ilə müqayisədə artıb. Bu artım mülki kollegiyada 2,5 faiz, inzibati-iqtisadi kollegiyada 25,5 faiz, cinayət kollegiyasında 26,6 faiz, hərbi kollegiyada 16,3 faiz təşkil edib. 
Ali Məhkəməyə daxil olan işlərin sayı 8,1 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı azalıb. Bu isə aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
Ötən il Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavablandırılmasına diqqət artırılıb. 
Ali Məhkəməyə edilən müraciətlərdə artım müşahidə olunub. Bu isə vətəndaşların məhkəmələrə olan inamının artması kimi qiymətləndirilməlidir. 
Ali Məhkəmənin Plenumunun 2011-ci ildə 6 iclası keçirilib, 31 qərar çıxarılıb.
Plenumda Ali Məhkəmənin 2012-ci ilin birinci yarısına dair iş planı təsdiq edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi