Modern.az

Türkiyə millətçiləri telekanal açır

Türkiyə millətçiləri telekanal açır

17 Fevral 2012, 17:47

Məclis TV-nin ona yetərincə yer vermədiyini düşünən Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı telekanal açmaq qərarına gəlib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, telekanalın loqosunu da Baxçalı özü hazırlayıb. MHP başqanının fikrincə, Türkiyə Böyük Millət Məclisinə məxsus olan Məclis TV-də müxalifətin səsi kəsilir.

Baxçalı deyib ki, keçmişdə MHP TV olub, indi də onu İnternet TV şəklində düşünürlər: “Hər tərəfdən sıxışdırıldığımız bu dönəmdə səsimizi çatdıra bilmək istəyirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir