Modern.az

Müğənni İlhamə Qasımova: “Mən niyə özümü kimdənsə fərqli tutmalıyam...” - MÜSAHİBƏ

Müğənni İlhamə Qasımova: “Mən niyə özümü kimdənsə fərqli tutmalıyam...” - MÜSAHİBƏ

17 Fevral 2012, 18:43

Xeyli vaxtdır ki, populyar müğənni İlhamə Qasımova Avropada silsilə konsertlər verirdi. Nəhayət o, Avropa turnesini başa vuraraq vətənə dönüb. İlhamə Qasımova konsert təəssüratlarını bizimlə bölüşüb.  

- Avropa turnesində neçə konsert verdiniz?

- Bu dəfə yəni, yanvar, fevral ayları ərzində 7 promokonsertlə çıxış etdik.

- Konsertləriniz harada kecirildi?

- İlk konsertimiz ən məsuliyyətlisi idi və ən cətini. Cünki ilk konsert və Vyana şəhəri - inanılmaz həyəcan.. Vyanada, sonra Ful, Berlin, Lauterach, Karlsruhe, Lubeck, Lyudvigshafen-   Munhaim şəhərlərində. Konsertlər bütün bu şəhərlərdə yerləşən Müzikpark klublarında keçirilirdi.

- Konsertləriniz anşlaqla keçib, Avropa tamaşaçılarından belə fəallıq gözləyirdinizmi?

- Əslində gözləyirdim, çunki biz ora elə-belə getməmişdik, yəni konsert sadəcə biz istədik deyə təşkil olunmadı, Müzikpark klublar şəbəkəsinin aid olduğu şirkət bizim mahnının satışı və klub çartlarındakı yerini, əbəttəki videodiskimizin ilk aylarda satış üzrə 6-cı yerə qədər irəliləməsindən nəticə çıxararaq bizi promokonsertlərə dəvət etdi. Əlbəttə ki, çıxışımız onların saytlarında və anons divarlarında da reklam olunurdu. Yəni artıq ora gələn insanların 80 faizinin mahnımızı tanıyan, bəyənən  olduğu aşkar idi. 

-Ümumiyyəylə konsertlərinizdən özünüz razı qaldınızmı?

- Əlbəttə razı qaldım. Bu konsertlər zamanı insanlarla üsiyyətdə olmaq, onların səni özlərindən biri olaraq qəbul etməsini görmək və oxuduğun mahnının, özünün bir artist-müğənni kimi onlar tərərəfindən bəyənilmən.., məncə bu gələcəkdəki böyük konsertlər üçün atılan cox böyük addım idi. Çox razı qaldım hər bir dəqiqəmdən, saniyəmdən belə.

- Həmin konsertlərə böyük zəhmət tələb olunurdu, bu sizə çətin olmadı ki?

-OOO! Fiziki cəhətdən əlbəttə ki, çətin oldu. Klub çıxışı konsert zal çıxışından fərqlidir. Mən klubda insanları ələ almalıyam, onları özüm kimi rəqs etdirməliyəm, özüm isə onlardan daha çox rəqs edib ətrafa enerji səpməliyəm. Təsəvvür edin ki, bütün bunlar yüksək dabanlı ayaqqabıda baş verir, əlbəttə ki,  konsertdən öncə hər gün iki saatlıq həmin o ayaqqabılarla məşqlər... Ayaqqabı yaraları ümid edirəm ki, 15 günə sağalsa,  xoşbəxt olaram. Amma inanın ki, hər şey, ağrı - yara səhnəyə çıxana qədər olur, artıq səhnədə olanda hər şey yaddan çıxırdı. Mən bütün bu turneni çətinlikləri ilə belə çox sevdim.

- Azərbaycandan gənc sənətçilər arasında ilk dəfə belə bir uğura imza atdınız. Avropada belə bir konsert vermək ücün Avropada ilk öncə tanınmaq şərtdimi?

- Mütləq... Tanınmalısan. Yuxarıda qeyd etdiyim kimi əgər biz top 10-luqda və klub çartlarında olmasaydıq, bu konsertlərə heç vaxt dəvət almazdıq. Hər şeyi top 1-luq həll edir, orada hər şey bu qədər sadə və eyni zamanda çətin, bəzən də əlçatmaz olur.

- Konsertlərdə avtoqraf almaq ücün tamaşaçıların növbəyə düzüldüyü fotolardan da görünür. Avropa tamaşaçasının sizi belə sevəcəyinə inanırdınmı?

- Hmm... niyə də yox? Mən niyə özümü kimdənsə fərqli tutmalıyam, hər bir yaxsi əməyin mükafatı olur, bu insanlar da mənim mükafatım idi. Sevindim ki, onlar mahnımı və çıxışımı bəyəndilər və avtoqraf almaq, şəkil çəkdirmək istədilər.

-Azərbaycanda nə vaxt konsert verəcəksiniz?

- Doğrusu arada belə bir fikrim oldu, amma sonra vaz keçdim. Bir yeni mahnılarımla az məşğulam, amma bilmirəm, konsert bu il də ola bilər, gələn il də. Bunu zaman göstərər. Əlbəttə ki, Allah nəsib etsə.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi