Modern.az

Böyük Səlcuk dövlətininin mədəni irsi öyrəniləcək

Böyük Səlcuk dövlətininin mədəni irsi öyrəniləcək

25 Dekabr 2009, 10:02

Türkiyə Xarici İşlər Nazirliyi ilə Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) Böyük Səlcuk dövlətininin mədəni irsinin öyrənilməsi üçün layihə həyata keçirəcək. Modern.az-ın məlumatına əsasən, layihə çərçivəsində səlcuklar zamanından qalmış 12 ölkədəki 400-ə yaxın memarlıq abidəsi, muzeylərdəki maddi mədəniyyət nümunələrinin fotoşəkilləri çəkiləcək və xüsusi albomda toplanacaq. Anadoluda, Azərbaycanın şəhərləri, o cümlədən Naxçıvanda sənədli film də çəkiləcək. Layihə çərçivəsində Avropa ölkələrindəki muzeylərdə saxlanılan eksponatlar da toplanacaq.

Otuz ay davam edəcək çəkilişlər zamanı üç fotoalbom, 120 dəqiqəlik sənədli film və 1 kitab hazırlanacaq, dünya ictimaiyyətinə təqdim olunacaq.

Layihyənin dəyəri 850 min dollardır. Bu vəsaitini 500 min dollarını TİKA ayıracaq.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?