Modern.az

Azercell-in vəd etdiyi 4G nədir?

Azercell-in vəd etdiyi 4G nədir?

19 Fevral 2012, 20:00

“Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirildiyi vaxtdan əvvəl Azercell şirkəti Azərbaycanda dördüncü nəsil (4G) mobil telefon şəbəkəsini istifadəyə verəcək. Bu barədə Azercell-in prezidenti Ali Ağan məlumat verib.

İndi dünayda ən inkişaf etmiş mobil operatorlar hazırda 4G sistemindən istifadə edirlər. Bəs 4G nədir?

Modern.az-ın məlumatına görə, 4G dördüncü nəsil texnologiya sayılır. Bu şəbəkə imkan verir ki, mobil telefon istifadəçiləri telefonlarında internetdən saniyədə 75 meqabitədək məlumat qəbul edə bilsinlər. Bu, indi işlətdiyimiz 3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur. 4G  trafikin azalmasına gətirib çıxarır, bu da internet qiymətlərinin daha aşağı olması ilə nəticələnir.Yəni, mobil telefondan daha aşağı tariflə daha yüksək sürətli internetdən  istifadə etmək olar.

4G ən sürətli mobil rabitə texnologiyanın əlavə imkanları abonentlərin yüksək sürətli və iri həcmli məlumat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmasını asanlaşdıracaq.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi