Modern.az

Ermənilər Nigar Camalın saytını dağıtdılar

Ermənilər Nigar Camalın saytını dağıtdılar

Aktual

20 Fevral 2012, 09:29

Fevralın 20-də təqribən saat 00:00-dan başlayaraq erməni hakerləri Azərbaycanın bəzi saytlarına kiberhucumlar həyata keçirib. Bu barədə Modern.az-a econews.az portalının rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.

Onun bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2010-cü ildə yaradılan "Sahibkarlar üçün internet mətbuat xidməti və elektron resurs mərkəzi" olan www.econews.az portalı da hücumlara məruz qalıb. Hücuma məruz qalmış bütün saytlarda 2004-cü il fevralın 19-da Budapeştdə azərbaycanlı zabit Ramil Səfərov tərəfindən öldürülən ermənilərin dırnaqarası qəhrəmanı Qurgen Markaryanın fotoları yerləşdirilib.

C.Hüseynzadənin sözlərinə görə, onların saytlarından başqa 20-dən artıq internet səhifəsinə də bu kimi müdaxilələr olub. Bu sırada "Eurovision 2011"in qalibi Nigar Camalın www.nigarjamal.com, bir neçə elektron qəzetlərin, QHT–lərin, firmaların saytları da var. Bəzi saylara daxil olarkən isə //budapest.sumgait.info saytına birbaşa keçid edilir. Bu sayt isə ermənilər tərəfindən Azərbaycana qarşı yaradılıb və 1988-ci ildə baş vermiş Sumqayıt hadisələri barədədir. //budapest.sumgait.info Azərbaycan əleyhinə antitəbliğatla məşğuldur.

Son məlumata görə, erməni hakerləri tərəfindən aşağıdakı saytlara müdaxilələr olub:

  1. //sulh.az/
  2. //autolux.az/
  3. //www.bakucctv.com/
  4. //www.dayaq.org/
  5. //rednews.az/
  6. //www.sonxeber.az/
  7. //cereselektrik.com/
  8. //primetime.az/
  9. //www.rotaract.az/
  10. //www.hilalelektrik.az/
  11. //toyumuz.com/
  12. //cinsielaqe.com/
  13. //nigarjamal.com/
  14. //www.atv.az/
  15. //study-line.az/
  16. //www.americanacademy.az/
  17. //www.jalal-i.com/
  18. //brf.az/
  19. //www.extreme.az/
  20. //arabesque.az/
  21.  //www.zirve.edu.az/index.php
  22. //econews.az

Modern.az xəbər verir ki, econews.az portalı və bir neçə sayt artıq öz veb-resurslarını bərpa ediblər. Amma məsələn, Nigar Camalın saytında hələ də Qurgen Markaryanın fotosu qalmaqdadır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır