Modern.az

“Azərbaycan xalçaları- Şirvan qrupu” - MARAQLI

“Azərbaycan xalçaları- Şirvan qrupu” - MARAQLI

20 Fevral 2012, 11:07

“Azər-İlmə” xalçaçılıq müəssisəsi növbəti nəfis nəşrini oxucalara təqdim edib. Modern.az-ın məlumatına görə, “Azərbaycan xalçaları öz qrupları” ilə silsiləsindən “Azərbaycan xalçaları-Şirvan qrupu” adlı broşür işıq üzü görüb.

İlk dəfə olaraq, bu broşürdə Şirvan xalçaçılığının inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri ətraflı tədqiq olunub. Oxucular bu nəşr əsasında Şirvan bölgəsində toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologoyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Azərbaycanın tarixi-cografi ərazisi olan Şirvan qədim adət-ənənəsi, zəngin mədəni irsi ilə həmişə fərqlənib. Burada toxunan xalçalar da çeşnilərinin orijinallığı, naxış və ornamentinin zənginliyi baxımından zövqləri oxşayıb. Son orta əsrlərdə toxunmuş Şamaxı xalçalarına Afinanın “Benaki”, Nyu-Yorkun  “Metropoliten”, Londonun “Viktoriya və Albert”, Sankt-Peterburqun muzeylərində rast gəlmək olar.

Sözügedən broşürdə bölgənin tarixinə, xalçaçılıq ənənələrinə nəzər yetirilib,  iyirmi üç əntiq və müasir xalça nümunəsi, onların təsviri və xarakteristikası verilib.          

Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşürün beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub. Qeyd edək ki, broşürdə yer alan Şirvan xalçaları “Azər-İlmə”nin kolleksiyasında qorunur. Layihənin rəhbəri professor Vidadi Muradovdur.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu