Modern.az

Deputat hesabat yığıncağında iştirak edib - FOTOLAR

Deputat hesabat yığıncağında iştirak edib - FOTOLAR

20 Fevral 2012, 12:36

Fevral ayının 17-də deputat Novruz Aslanov İsmayıllı rayonunda olub. Deputat İsmayıllı rayon İcra Hakimiyyətinin 2011-ci ilin yekunlarına dair hesabat yığıncağında iştirak edib.

Yığıncaqda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov məruzəsində bildirib ki, 2011-ci ildə rayonun infrastrukturunun yenilənməsində kifəyət qədər işlər görülüb, bir çox kəndlər təbii qaz və su ilə təchiz edilib, elektrik enerjisinin davamlı verilməsi üçün müvafiq işlər görülüb, digər məsələlərin də həlli istiqamətində müvafiq addımlar atılıb. Yerli hökumət strukturlarının da nümayəndələri çıxış edərək rayonda müxtəlif sahələrdə həyata keçirilən tədbirlərdən danışıblar. “Milli Məclisin deputatı N.Aslanov öz çıxışında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerlərdə icrasının uğurla aparılmasından söhbət açıb və vətəndaşların rifah halının yaxşılaşdırılması üçün qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə  məlumat verib. Hesabat dövrü ərzində rayon sakinləri tərəfindən ünvanına daxil olmuş ərizələrdə qaldırılmış məsələlərin 60%-dən çoxunun icra edildiyini yığıncaq iştirakçılarına bildirərək, bundan sonra da hər bir məsələyə diqqətlə yanaşaraq lazımi addımların atılacağını nəzərə çatdırıb”-deyə deputatın qərargahından Modern.az-a məlumat verilib.  

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir