Modern.az

Bakıda bir qrup müğənnini hədələdilər

Bakıda bir qrup müğənnini hədələdilər

Aktual

20 Fevral 2012, 15:12

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Diaspor Mərkəzi (BDM), Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi və Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən mətbuat konfransı keçirilib. Mətbuat konfransında Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən 27 fevral 2012-ci il tarixinə planlaşdırılmış konsert proqramına etiraz edilib.
Konfransda çıxış edən BDM sədri İsmayıl Ağayev, Xocalı Soyqırımını Tanıtım İB-nin sədri Şamil Ələkbərli, QAT sədri Akif Nağı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov, BDM-n Aparat rəhbəri Samir Adıgözəlli öz çıxışlarında konsertin təşkilatçısı olan Vaqif Məmişovun və həmin konsertdə iştirak üçün Azərbaycandan gedəcək sənətçilərin (Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun) hərəkətləri qətiyyətlə pisləyərək, onların bu əməllərinin Xocalı şəhidlərinin ruhuna qarşı hörmətsizlik olduğunu bildiriblər.

Daha sonra konfransda çıxış edən Xocalı faciəsinin şahidləri, erməni vəhşiliyindən bu günə qədər zərər çəkənlər, Qarabağ veteranları adını diaspor təşkilatı olaraq fəaliyyət göstərən Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı təşkilatın sədri Vaqif Məmişovun Azərbaycan adından danışmağa haqqının olmadığını bəyan ediblər. Eyni zamanda tədbir iştirakçıları tərəfindən adı çəkilən müğənnilərə qarşı hiddət dolu çıxışlar səsləndirilib, onlara məxsus disklər və şəkillər ayaqlar altına atılaraq tapdalanıb. Mətbuat konfransında təkliflər səsləndirilib ki, yuxarıda adı çəkilən müğənnilər həmin konsertdən imtina etməsələr, onlara qarşı daha geniş ictimai təziq metodlarından istifadə ediləcək. Hətta yaşadıqları evin qarşısında etiraz aksiyası keçiriləcək. Sonda konfrans iştirakçıları tərəfindən bəyanat qəbul edilib.

Bəyanatda deyilir:

Xalqımız XX əsrin ən ağır faicələrindən biri olan, ermənlilər tərəfindən törədilmiş Xocalı qətliamının ildönümü ərəfəsindədir. Dövlətimiz faciənin ildönümünün qeyd edilməsi, baş vermiş dəhşətli hadisəni dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər həyata keçirməkdədir. 23-29 fevral tarixləri arasında dünyanın bir çox ölkələrində faciə qurbanları anılacaq, yürüş-mitinqlər və müxtəlif tədbirlər həyata keçiriləcək. Bu istiqamətdə diaspor təşkilatlarımız da geniş fəaliyyət proqramı hazırlamışdır. Amma çox təəssüflər olsun ki, Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən 27 fevral 2012-ci il tarixində konsert proqramı təşkil edilir. Keçiriləcək konsert proqramında Azərbaycandan bir qrup özünü sənətçi hesab edənlər (Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun) iştirak edəcəklər. Bu işin təşkilatçısı olan Vaqif Məmişov şəxsi ambissiyalarından əl çəkməyərək millətimizin ən ağır, faciəli günündə belə bayram konserti keçirməkdədir. Vaqif Məmişov yaşadığı şəhərdə azərbaycanlılar arasında parçalanma yaradır və öz şəxsi mənafeyi üçün çalışmaqdadır. Bir müddət öncə Azərbaycan dövlətinin Sankt-Peterburqdakı şərəfli Baş konsuluna qarşı həyata keçirilmiş təxribat hadisəsi Vaqif Məmişovun təşkilatçılığı nəticəsində baş vermişdir. Bu hadisə azmış kimi 27 fevralda keçirəcəyi konsertlə də Azərbaycanın adına ləkə gətirməkdə davam edir. Bütün bunlar Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat etməkdədir. Vaqif Məmişovun bu hərəkətlərini şiddətlə qınayaraq, nəzərdə tutulmuş konsertin vaxtının dəyişdirilməsini tələb edirik. Bəyanatı imzalayan təşkilatlar olaraq Mədəniyyət və Turizm Nazirliyindən adı çəkilən müğənnilərin konsertə getməməsi üçün lazımi tədbirlər görməsini və müğənnilərin bu niyyətdən daşınmasını tələb edirik. Bir daha bəyan edirik ki, yuxarıda adı çəkilən hərəkatın keçirəcəyi konsert Xocalıda həlak olmuş 613 nəfər şəhidimizin ruhlarına qarşı və Azərbaycan xalqına qarşı sayqısızlıqdır.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir