Modern.az

Türkiyədə “Azərbaycan - Qafqazdakı Avropa” filmi yayımlanıb

Türkiyədə “Azərbaycan - Qafqazdakı Avropa” filmi yayımlanıb

20 Fevral 2012, 17:23

Türkiyənin “SKY Türk” televiziya kanalında “Azərbaycan - Qafqazdakı Avropa” filmi nümayiş etdirilib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş ikiseriyalı filmdə dövlət başçısının müstəqilliyimizin 20-ci ildönümü münasibətilə keçirilmiş təntənəli mərasimdəki nitqinə geniş yer verilib. 
Modern.az AzərTAc-a istinadən bildirir ki, bu ekran əsərində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindən bəhs edən süjetlər verilib. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin təbliği və mədəni irsimizin qorunması sahəsində gördüyü işlərdən bəhs edilib. 
Filmdə görkəmli ictimai xadimlər, elm, mədəniyyət nümayəndələri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev və türkiyəli iş adamı Ümit İnanç ölkəmizi balanslaşdırılmış, dinamik siyasəti ilə regionun lider dövlətinə çevirmiş, dünya siyasət arenasında söz sahibi kimi tanıtmış Prezident İlham Əliyev haqqında fikir və düşüncələrini söyləyiblər. 
“SKY Türk”ün nümayiş etdirdiyi filmdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və kommunikasiya layihələri, Bakıda aparılan abadlıq və quruculuq işləri, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Eurovision-2012” mahnı müsabiqəsi üçün tikilən möhtəşəm konsert salonu və başqa obyektlər, ölkəmizin Türkiyə və digər ölkələrə qoyduğu sərmayələr, qədim muğam sənətimizlə bağlı süjetlər də yer alıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir