Modern.az

Azərbaycanlı diplomat pakistanlı generalla görüşüb

Azərbaycanlı diplomat pakistanlı generalla görüşüb

Aktual

20 Fevral 2012, 18:14

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Vaynla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı pakistanlı general Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu bildirib və müstəqillik əldə etdikdən sonra qurulmuş əlaqələrin daha da dərinləşməsində, iki qardaş ölkənin bir-birinə daha yaxın olmasında maraqlı olduqlarını vurğulayıb.

General Pakistanın bütün beynəlxalq forumlarda Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, işğal olunmuş torpaqlarının azad edilməsinə, Dağlıq Qarabağla bağlı beynəlxalq qurumların qəbul etdiyi qətnamələrin icra olunmasına, bu məsələdə ədalətsizliyə son qoyulmasına ölkəsinin dəstəyinin sona qədər davam edəcəyini bildirib. Pakistanın Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və işğalçı Ermənistanla  heç bir əlaqə qurmadığını vurğulayaraq, bu dəstəyin zəbt olunmuş torpaqların tam azad edilənədək davam edəcəyini bəyan edib.

Səfir D.Şikarov Pakistan Senatının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını və Xocalı Soyqırımı ittiham edən qətnaməsinin qəbulu üçün Pakistan hökumətinə və xalqına minnətdarlıq bildirib.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır