Modern.az

Deputat Azərbaycan parlamentini PKK-nı terrorçu təşkilat kimi tanımağa çağırıb

Deputat Azərbaycan parlamentini PKK-nı terrorçu təşkilat kimi tanımağa çağırıb

Parlament

25 Dekabr 2009, 13:26

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Cəmil Həsənli bildirib ki, Azərbaycan rəsmən PPK-nı terrorçu təşkilat kimi tanımalıdır: “Bu gün PKK region ölkələrini təhdid edən qüvvəyə çevrilib. Hamımız bilirik ki, PKK erməni terror təşkilatları ilə birbaşa işləyir. Təklif edərdim ki, gecikmiş olsa da, PKK Azərbaycan parlamenti tərəfindən terrorçu təşkilat kimi tanınsın. Biz bu məsələyə münasibətimizi bildirməliyik. Əks halda, Azərbaycan Milli Məclisi dünyada bu məsələyə münasibət bildirən sonuncu parlamentlərdən biri olacaq". Milli Məclisin sədri Oqtay Əsədov C.Həsənlinin qaldırdığı məsələyə cavab verib: “Türkiyə parlamenti PKK-nı terrorçu təşkilat kimi tanıyandan sonra biz də tanıyarıq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir