Modern.az

Sərkisyana məktub yazan azərbaycanlı qıza cavab gəldi

Sərkisyana məktub yazan azərbaycanlı qıza cavab gəldi

Aktual

21 Fevral 2012, 22:46

Fransa prezidenti Nikola Sarkoziyə və Ermənistan prezidenti Serj Sərkisyana göndərdiyi məktublar sayəsində təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınan 20 yaşlı Xocalı sakini Zərifə Quliyeva hazırda Türkiyədədir.

Z.Quliyevanın dünən prezidentlərə ünvanladığı məktublar erməni silahlı qüvvətləri tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli qırğınla bağlıdır. Bu qırğın törədilərkən anasının qarnında 3 aylıq körpə olan Zərifə atası, qardaşı və 20 nəfər yaxınını itirib. 

Modern.az saytının məlumatına görə, fevralın 21-də Zərifənin məktubuna ilk cavab Ermənistandan gəlib. Ermənistan tərəfi iddia edib ki, prezident Sərkisyana Azərbaycandan məktub ünvanlansa da, onu yazan qız yoxdur.

“Bu adam xəyalidir" deyə Ermənistan tərəfi həmişə olduğu kimi doğrunu inkar etməyə çalışıb.

Amma Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Türkiyədəki tədbirlərə qatılan və hazırda anası ilə birgə İstanbulda olan Zərifə Quliyeva “Ermənistan yalan söyləyir, mən varam, mən buradayam” deyə “Hürriyət” qəzeti vasitəsilə səslənib.

Anası Rahilə Quliyeva ilə birlikdə İstanbula gələn Zərifə fevralın 22-də orada təşkil ediləcək mətbuat konfransında Xocalı faciəsinin şahidi olan bir qrup azərbaycanlı ilə yaşadıqlarını danışacaq.

Zərifə Quliyeva Azərbaycanda ali məktəbin II kurs tələbəsidir, riyaziyyat müəllimliyi oxuyur.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı