Modern.az

Azərbaycanın Folklor Paytaxtı elan olunan Masallıda icra başçısı qərar verdi

Azərbaycanın Folklor Paytaxtı elan olunan Masallıda icra başçısı qərar verdi

22 Fevral 2012, 11:50

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 1 fevral 2012-ci il tarixli, 37 saylı əmri ilə Masallı şəhəri 2012-ci ildə Azərbaycanın Folklor Paytaxtı elan olunub.

“Azərbaycanın Folklor Paytaxtı Masallı–2012” Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərin daha məzmunlu və baxımlı, habelə rayonda keçiriləcək tədbirlərin Respublika əhəmiyyətli olmasını nəzərə alan Masallı Rayon İcra Hakimiyyəti başçısı 21 fevral 2012-ci il tarixli, 23 saylı sərəncamı ilə təşkilat komitəsi yaradıb və xüsusi tədbirlər planı təsdiq edib. Bu barədə Modern.az-a Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon İcra Hakimiyyəti başçısının xüsusi tədbirlər planında təntənəli mərasimlərin, incəsənət tədbirlərinin, “Halay” folklor ansamblının fəaliyyətinə həsr olunmuş sənədli filmin hazırlanmasının, elm və təhsil tədbirlərinin, daşınmaz abidələrlə bağlı tədbirlərin, xalq musiqi və rəqsləri ilə bağlı, Beynəlxalq folklor fetivalının, müxtəlif sərgi və folklor axşamlarının, dəyirmi masa və konfransların, teatr həftəsinin və sair tədbirlərin  keçirilməsi yer alıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi