Modern.az

Deputat hər kəsi “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq” mitinqinə çağırıb

Deputat hər kəsi “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq” mitinqinə çağırıb

22 Fevral 2012, 12:18

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Ceyhan bələdiyyəsi tərəfindən təşkil olunan "Hocalı Soykırımı Anma Tədbir”lərində çıxış edib. 

Modern.az-ın məlumatına görə, Ceyhan bələdiyyəsi tərəfindən təşkil edilən böyük konfransa yüzlərlə Adanalı, Ceyhanlı qatılıb. Konfransdan əvvəl Xocalı Soyqırımı ilə bağlı sərgiyə baxış olub. Millət vəkili Qənirə Paşayeva, Ceyhan Bələdiyyəsinin sədri Hüseyn Sözlü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin müavini Valeh Hacıyevin də qatıldığı sərgiyə Ceyhanlılar böyük maraq göstəriblər. Sərgiyə baxışdan sonra konfrans başlayıb. 

Konfrans Heydər Əliyev Fondunun Xocalı Soyqırımı ilə bağlı hazırladığı filmin nümayişi ilə başlayıb. Sonra tədbirin təşkilatçısı, Ceyhan Bələdiyyə başqanı Hüseyn Sözlü çıxış edərək Xocalı Soyqırımından danışıb. O deyib ki, Ceyhan bələdiyyəsi bir bələdiyyə olaraq Xocalı Soyqırımını tanıyıb və bununla bağlı rəsmi sənəd qəbul edib. O, həmin qərarı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hüseyn Sözlü Xocalı Soyqırımının bütün dünyanın diqqətinə çatdırılmasının və tanıdılmasının hər bir Türk insanının vəzifəsi olduğunu bildirib.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva öz çıxışında Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu bildirmiş və əlavə etmişdi ki, onların məqsədi Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir. 

Qənirə Paşayeva fevralın 26-da İstanbulun Taksim meydanında keçiriləcək mitinqə də toxunub. O, hər kəsİ “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq” mitinqində iştirak etməyə çağırıb. Onlarla Ceyhanlı “biz də orda olacağıq”, - deyə bu çağırışa səs verib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi