Modern.az

Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

Aktual

22 Fevral 2012, 16:51

Modern.az xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə bağlı müzakirə keçirilib.  Komissiyanın sədri Volkan Bozkır toplantıda yekdilliklə bəyanat qəbul olunduğunu bildirib. Bəyanatda deyilir: 

“Xocalı insanlıq tarixinə Ermənistan tərəfindən yazılmış qara bir səhifədir. 1992-ci il fevralın 25-26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı qəsəbəsində ermənilər tərəfindən planlı olaraq həyata keçirilən qətliamda 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olmaqla 613 Azərbaycan türkü işgəncə ilə öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər ermənilər tərəfindən girov götürülüb, 150 nəfər itkin düşüb.

Xocalıda yaşananlar bəşər tarixi üçün böyük bir ayıb, beynəlxalq hüquqa görə isə insanlığa qarşı cinayətdir. Azərbaycan türklərinə qarşı törədilən bu qətliamın acılarını qardaş türk xalqı olaraq ürəyimizdə hiss edir və qınayırıq.

Bəşəriyyət Xocalı qətliamından bu gün və gələcəkdə dərslər çıxarmalı, indiyə qədər bu istiqamətdə hansı mövqeni ortaya qoyduğu haqda düşünməlidir. Bu qətliamın qurbanlarının çəkdikləri acıların bütün dünya xalqları tərəfindən anlaşılması lazımdır. Türkiyə ən təməl insani və vicdani dəyərləri yox sayan bu əməlin öyrənilməsində və günahkarların məhkəmə önünə çıxarılması istiqamətində haqlı mübarizəsində Azərbaycana dəstək verməyə davam edəcək”. 


Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır