Modern.az

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

İlham Əliyev Türkiyənin daxili işlər nazirini  qəbul edib

23 Fevral 2012, 13:46

Prezident İlham Əliyev Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, daxili işlər naziri İdris Naim Şahin Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövləti başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında uğurla inkişaf etdiyi vurğulanıb, Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin Azərbaycana səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin cinayətkarlığa qarşı birgə mübarizə, bu sahədə koordinasiyanın və informasiya mübadiləsinin önəmi qeyd olunub.

Dövlət başçısı Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş edib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər