Modern.az

Azərbaycanda ilk Gender Akademiyası yaradıldı

Azərbaycanda ilk Gender Akademiyası yaradıldı

23 Fevral 2012, 15:48

Akademiya fevralın 21-26 tarixlərində Bakı və Oğuz şəhərlərində ilk təlimlərini keçirməyə başlayıb.

Akademiyanın açılış mərasimi 21 fevral Bakıda baş tutub. Açılışda Polşanın Azərbaycandakı səfiri Miçel Labenda, “Counterpart Azərbaycan” təşkilatının rəhbəri İlqar Ağasıyev, ABŞ-ın Dövlət Departamentinin Azərbaycan nümayəndəsi Pərviz Musayev, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Olqa Romanova, “Sülh Korpusu”nun rəhbəri Macie Villinqton , "Gənc Liderlər" TTİİB sədri Səbinə Ələkbərova ,eləcə də bir sıra QHT və media nümayəndələri iştirak ediblər. Mərasimdə layihə haqqında təqdimat keçirilib, qadınların siyasətdə və ictimai sektorda mövqeləri haqqında məlumatlar verilib. Layihənin və xüsusən də Gender Akademiyasının ictimaiyyətdə və dövlət sektorunda qadınların fəaliyyətinə edəcəyi təsirlərdən danışılıb.

Fevral ayının 22-dən etibarən isə tədbir Oğuz rayonunda davam etdirilir və burada 30 nəfər (20 nəfər qadın, 10 nəfər kişi) iştirak edir. Tədbir boyunca müxtəlif mövzularda bir neçə sessiyalar aparılır.

Gender Akademiyası adlı tədbir “Gənc Liderlər” Ictimai Birliyinin “Gələcəyə Körpü”gənclər təşkilatı ilə birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün qadın mərkəzinin yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir