Modern.az

Xocalı konfransı üçün İstanbulda toplaşdılar

Xocalı konfransı üçün İstanbulda toplaşdılar

24 Fevral 2012, 08:42

İstanbul Barış Platformunun təşkilatçılığı ilə fevralın 25-də İstanbulda “20-ci ildönümündə Xocalı qətliamı və Qarabağ” adlı beynəlxalq konfrans keçiriləcək.  

Modern.az xəbər verir ki, konfransda Xocalı əhalisinin məruz qaldığı soyqırımı aktı gündəmə gətiriləcək. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı vəziyyət, bu prosesə dəstək verilməsi məsələləri müzakirə ediləcək.

Konfransda iştirak etmək üçün Azərbaycandan da qonaqlar dəvət olunublar.

Millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Fazil Qəzənfəroğlu, “İrəli Azərbaycan” İctimai Birliyinin sədri Baba Tağıyev,  Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın baş redaktoru Elşad Eyvazlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın da qatılacağı konfransda, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət “Beynəlxalq güclərin və Türkiyənin Qarabağ probleminin həllində rolu”,  tarixçi professor Anar İsgəndərov “Qarabağ və erməni məsələsinin tarixi”Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov “Qarabağın statusu və gələcəyi”, dinşünas ekspert İlqar İbrahimoğlu “İslam dünyasının Qarabağ probleminə baxışı” mövzusuna çıxış edəcəklər.

Qeyd edək ki, konfransa Asiya Dialoqu İctimai Birliyinin sədri Sevil Nuriyeva moderatorluq edəcək.

Konfrans iştirakçıları həmçinin, fevralın 26-da İstanbulun “Taksim” meydanında keçiriləcək yürüş-mitinqə də qatılacaqlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi