Modern.az

Azərbaycan hökuməti Bakıda Xocalı yürüşü keçirəcək

Azərbaycan hökuməti Bakıda Xocalı yürüşü keçirəcək

Aktual

24 Fevral 2012, 10:06

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 26-da Bakıda yürüş-mitinq olacaq. Modern.az saytının məlumatına görə, aksiyanı Azərbaycan hökuməti təşkil edir.

Yürüş səhər saat 9.00 radələrində Bakının ən böyük meydanı – Azadlıq meydanından start götürəcək.  Aksiyada hökumət nümayəndələri, deputatlar, jurnalistlər, QHT təmsilçiləri və ictimaiyyət iştirak edəcək.

Yürüşə Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir.

Yürüş metronun “Xətai” stansıyası yaxınlığında yerləşən Xocalı abidəsini ziyarətlə başa çatacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır