Modern.az

Ermənilər Bakıya gəlməkdən qorxurlar, 43 ölkədən 25-i isə müğənnisini seçib

Ermənilər Bakıya gəlməkdən qorxurlar, 43 ölkədən 25-i isə müğənnisini seçib

Mədəni̇yyət

24 Fevral 2012, 12:44

“Eurovision 2012”-də iştirak  edəcək 43 ölkədən 25-i artıq təmsilçisini seçib. Modern.az saytı xəbər verir ki, bu ölkələrdən 19-u təmsilçisi ilə yanaşı, müsabiqədəki mahnısını da müəyyənləşdirib. Təmsilçisini və Bakı səhnəsində ifa olunacaq mahnısını seçən ölkələr sırasında Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Gürcüstan, Malta, Norveç, Türkiyə, Ukrayna, Almaniya və Fransa var. Yalnız təmsilçilərini müəyyənləşdirən ölkələr isə Azərbaycan, Belarus, Serbiya, İtaliya, İspaniya və Belçikadır.

Bir neçə ölkə fevralın sonlarında və mart ayında öz təmsilçini, eləcə də “Eurovision-2012” mahnısını seçəcəklərini açıqlayıb.

Avstriya və İrlandiya fevralın 24-də, Finlandiya 25-də Niderland, Sloveniya fevralın 26-da, Bolqarıstan, Makedoniya isə fevralın 29-da təmsilçilərini müəyyən edəcək.

Martın 1-də Slovakiya, 3-də Estoniya, İspaniya, Litva, martın 7-də Rusiya, 10-da İsveç, Portuqaliya, Moldova, Rumıniya “Eurovision-2012” təmsilçi və mahnısının seçimi üçün Milli Final konserti keçirəcəklərini açıqlayıblar.

Ermənistanın isə 20-dən çox müğənnisi bu ilin may ayında Bakıda keçiriləcək mahnı yarışmasında iştirakdan imtinaya çağıran bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, onlar Bakıda keçiriləcək beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edirlər:

“Azərbaycan erməninin qanını axıtmaq üçün istənilən vasitədən istifadə edəcək. Açıq şəkildə bəyan edirik ki, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakla bağlı bizə ciddi təhlükə var. Biz erməniləri kütləvi surətdə çapıb-talayan ölkədə mahnı oxumaqdan imtina edirik”.

Bəyanat müəllifləri Ermənistanın İctimai Televiziyasını “Eurovision-2012”yə iştirakçısı göndərməkdən imtina etməyə çağırıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər