Modern.az

İlyas İsmayılov: “Azərbaycan vaxt itirmədən müharibəyə başlamalı...”

İlyas İsmayılov: “Azərbaycan vaxt itirmədən müharibəyə başlamalı...”

24 Fevral 2012, 13:54

Parlamentin Xocalı soyqırımına həsr edilmiş xüsusi iclasında çıxış edən Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov də təklif irəli sürüb.

  Modern.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, ermənilər həyatda mövcud olmayan qondarma soyqırımı milli ideologiyaya çevirirək onu bütün dünyaya tanıtdırmağa çalışırlar. Onun sözlərinə görə onlar bunu iki mərhələdə həyata keçirirlər.

“Birinci mərhələni keçirtilər, ikinci mərhələdə isə artıq soyqırımı tanımayanların cinayət məsuliyyətinə cəlb olunması məsələsi qoyulubdur. Bu proseslərdən belə görürəm ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin heç vaxt həllinə nail olmayacaq. Çünki ATƏT-in qərarları məcburi deyil, tövsiyyə xarakterlidir və Ermənistan da heç vaxt bunları icra etməyib, edəcəyini də düşünmürəm”.  

Buna görə də deputat Qarabağ məsələsinin həlli ilə bağlı məsələlərin ATƏT-dən alınıb BMT Təhlükəsizlik Şurasına verilməsini təklif edib.

“Bildiyimiz kimi BMT-nin də Qarabağ məsələsinin həlli ilə bağlı dörd qətnaməsi var. BMT Təhlükəsizlik Şurasından tələb etmək lazımdır ki, o qətnamələrin icrası ilə məşğul olsun və əgər bu da bir nəticə verməsə, Azərbaycan vaxt itirmədən müharibəyə başlayıb torpaqlarını işğaldan azad etməlidir”.   

Daha sonra çıxış edən millət vəkili Məlahət İbrahimqızı Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətindəki fəaliyyətindən danışıb və bildirib ki, Heydər Əliyev Fondu və Fondun Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya şöbəsi soyqırımının dünyanın 30-dan çox ölkəsində tanınmasına nail olub və bu istiqamətdə işlər gedir.  

Deputat onu da qeyd edib ki, Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün müasir vasitələrindən, internet resurslarından, xarici dillərdə kitablardan istifadə edilməli, hazırlanmış disklər dünyaya paylanmalı, yüksək səviyyədə təqdim olunmalıdır və bununla da müəyyən nəticəyə nail olmaq mümkündür.  

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub