Modern.az

Orta məktəbdə fövqəladə hal - şagirdlər təxliyyə olundu, dərslər dayandırldı

Orta məktəbdə fövqəladə hal - şagirdlər təxliyyə olundu, dərslər dayandırldı

Aktual

24 Fevral 2012, 15:57

Modern.az saytının xəbərinə görə, Bakı şəhəri Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəbdə fövqəladə vəziyyət elan olunub, təhsil müəssisəsini  təcili bağlayıblar.

Modern.az xəbər verir ki, orta məktəbdə dərslərin dayandırlması məktəbin binasının yerləşmə vəziyyəti ilə əlaqədardır. Bu barədə saytımıza əvvəlcə həmin zonada yaşayan valideynlər məlumat veriblər.

Bildirilib ki, iki gün öncə məktəb binasının altından irihəcmli neft və ya yaz qaz borusunin keçdiyi aşkarlandığından təcili dərsləri dayandırıblar. Artq 2 gündür ki, məktəb şagirdlərin üzünə bağlıdır, tədris işləri təxirə salınıb.

Saytımıza verilən məlumata görə, dünən hadisə yerinə Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi, o cümlədən müvafiq dövlət qurumlıarının əməkdaşları gəliblər. Hətta məktəb binasının sökülə biləcəyi bildirilir.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı öncə 311 saylı orta məktəbin direktoru Esmira Muradova ilə əlaqə saxlayıb. Direktor dərslərin dayandırıldığını təsdiqləsə də, bu barədə danışmaqdan imtina edib.

Belədə əməkdaşımız Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Modern.az-a açıqlamasında 311 saylı məktəbdə bir neçə gündür dərslərin təxirə salındığını təsdiqləyib. Lakin o bunun səbəbinin başqa olduğunu deyib.
Z.Əliqızının sözlərinə görə, dərslərin təxirə salınmasına səbəb məktəbin kanalizasiya sisteminin  nasazlığı ilə bağlıdır.  

“Qeyd edim ki, bu məktəbdə 2 minə yaxın şagird təhsil alır. Və onların həyatlarını riskə atmamaq üçün biz orada dərsləri dayandırıb, müvafiq dövlət qurumlarına məlumat verdik. Bəli, hadisə yerində Fövqəladə Hallar Nazirliyindən, yerli İcra Hakimiyyətindən, eləcə də bizim idarədən də əməkdaşlar olub, araşdırmalar aparılıb və ciddi narahatlığa əsas olmadığı aşkarlanıb”. 

Zəminə Əliqızı məktəbdə yaxın günlərdə tədris prosesinin bərpa olunacağını vurğulayıb: “Yəni məktəbin sökülməsi və s. gözlənilmir. O məktəb yeni tikilmiş məktəbdir”.  

Aytən ƏLİYEVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!