Modern.az

“Bəxt üzüyü”nün 20 illiyi qeyd olunacaq

“Bəxt üzüyü”nün 20 illiyi qeyd olunacaq

24 Fevral 2012, 16:17

Mədəniyyət və Turizm Nazirliyindən Modern.az saytına verilən məlumata görə, martın 9-da saat 19.00-da Nizami Kino Mərkəzində “Bəxt üzüyü” bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş bədii axşam keçiriləcək. Film “Qara Qayafilm” studiyasında rejissor Ramiz Əzizbəyli tərəfindən çəkilib.

“Bəxt üzüyü” kinokomediyası Azərbaycanın müstəqillik dövründə çəkilmiş ilk filmlərdəndir və bu günə kimi ən çox baxılan filmlər sırasındadır.

Filmin ssenarisi ssenaristi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssam Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı  Eldar Mənsurovdur.  

Rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və b. çıxış ediblər.  

“Bəxt üzüyü”ndə səslənən mahnıları isə Ramiz Əzizbəyli, Firəngiz Rəhimbəyova  və Mübariz Tağıyev ifa ediblər.  

Modern.az
     
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir