Modern.az

Xocalı soyqırımı Yakın Doğu Universitetində

Xocalı soyqırımı Yakın Doğu Universitetində

25 Fevral 2012, 09:21

Dünən Yakın Doğu Universiteti Azərbaycanlı Tələbələr Birliyinin təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətində Xocalı soyqırımının 20 illiyi ilə bağlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan xalqının unudulmaz qan yaddaşı olan  Xocali soyqırımı ilə bağlı tanıtım tədbiri təxminən 2 saata yaxın davam edib.

Yakın Doğu Universitetində düzənlənən tədbirdə ermənilərin bu qanlı hadisəni necə törətdikləri diqqətə çatdırılıb və bundan bəhs edən film numayiş etdirilib.

Tədbirdə Türk, Kipr, Gürcüstan, Nigeriya, İran və digər xarici ölkələrdən tələbələr və muəllimlər iştirak edib.






Toğrul Salehli
Yakın Doğu Universitetinin tələbəsi
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi