Modern.az

Özbəkistanda, Qırğızıstanda Xocalı şəhidləri anılıb

Özbəkistanda, Qırğızıstanda Xocalı şəhidləri anılıb

25 Fevral 2012, 13:26


Azərbaycanın Özbəkistandakı səfirliyi və Azərbaycan diasporu Daşkənd şəhərində yaşayan azərbaycanlıları və qeyri-millətlərin nümayəndələrini bir araya yığaraq, Xocalı faciəsindən danışıblar və tədbir çərçivəsində “Xocalıya ədalət” kampaniyasına imzalar da toplanıb.
Daşkənddəki Heydər Əliyev adına  Azərbaycanlıların Mədəniyyət Mərkəzinin həyətindəki monitorlarda  Xocalı haqqında filmlər nümayiş etdirilib. Azərbaycan səfirliyinın Mədəniyyət Mərkəzinə gələn azərbaycanlı və digər millətdən olan gənclərə əvvəlcə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsini əks etdirən şəkilli köynəklər paylanıb. Daha sonra tədbirə iştirakçıları  “Xocalıya ədalət” kampaniyasına öz imzalarını atıblar.
Tədbirdə  ölkədə akreditə olunmuş xarici jurnalistlər, Türkiyə Səfirliyinin əməkdaşları, Özbəkistan ziyalıları, eləcə də azərbaycan diasporunun fəalları iştirak edirdilər. 
Mədəniyyət Mərkəzinin foyesində Xocalıya aid fotosərgilər də nümayiş etdirlib. Müvəqqəti işlər vəkili Akif Əliyev 1992-ci il fevralin 25-dən 26-na keçən gecə erməni şovinistlərinin xüsusi vəhşiliklə törətdikləri Xocalı faciəsi haqqında geniş məlumat verib.
Daha sonra Xocalı haqqında sənədli filmin nümayişi olub. 

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Qarabağ həqiqətləri barədə broşürlar paylanıb.

Özbəkistan Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzində  isə Azərbaycan diasporunun fəalları ilə yanaşı, ölkədə fəaliyyət göstərən milli mərkəzlərin nümayəndələri də qatılıblar.

***

Azərbaycanın Qırğızıstandakı səfirliyi də Xocalı soyqırımının 20 illiyi münasibəti ilə silsilə tədbirlər keçirib.
Bişkekdə Atatürk adına Alatoo universitetində Xocalıya həsr edilmiş konfransda professor, müəllim və tələbələr qarşısında çıxış edən səfir Arif Ağayev Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib.  Diplomat  Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğu və faciənin qurbanlarına qarşı erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı moto atıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan danışıb.

Tədbirin sonunda Səfirlik tərəfindən Atatürk Alatoo universitetinə Xocalı Soyqırımına və Azərbaycana aid kitablar universitetin kitabxanasına hədiyyə edilib. Eyni zamanda Azərbaycan səfirinin  Türkiyənin Orta Asiya üzrə “TRT Turk” telekanalı ilə müsahibəsi də yayımlanıb.

Bişkek şəhərində yerləşən “İmam Əli” məscidində “Xocalı Soyqırımı”nın 20-ci il dönümünə həsr edilmiş anma mərasimi keçirilib. Mərasimdə Qırğızıstanda yaşayan soydaşlarımız və Xocalı soyqırımının ölkə ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə yerli KİV-in nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına a Xocalı soyqırımına həsr olunmuş broşür, kitablar, disklər paylanılıb.

Ləman Ağayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər