Modern.az

Putin İranda rejimin dəyşdirilməsinin əleyhinədir

Putin İranda rejimin dəyşdirilməsinin əleyhinədir

25 Fevral 2012, 15:02

Rusiyanın baş naziri Vladimir Putinə görə qərb İranın nüvə silahı əldə etməsinin qarşısının alınması bəhanəsi ilə rejim dəyişdirilməsi niyyətini güdür.

BBC-nin məlumatına görə, Baş nazir və prezidentliyə namizəd olan Putin ölkəsinin İran məsələsində “müstəqil və qeyri-agressiv” hərəkət edəcəyini deyib.

Bu arada BMT Atom Energetikası Agentliyinin müfəttişləri İranla iki günlük danışıqların sona çatdığını bildiriblər. Nüvə proqramı ilə əlaqədar ölkəyə səfər edən BMT nümayəndələrinin Parçin hərbi obyektinə baş çəkmək xahişi rədd olunub.

BMT məruzəsində uran zənginləşdirilməsi üzrə Tehranın texniki imkanlarının genişləndiyi qeyd olunur.

Atom Energetikası Agentliyi İranın 100 kiloqramdan artıq 20 dərəcəyədək zənginləşdirilmiş urana malik olduğunu hesab edir.

Nüvə silahının istehsalında 90 faizədək saflandırılmış uran istifadə olunur.

“Agentliyin İranın nüvə proqramının mümkün hərbi təyinatı ilə bağlı ciddi narahatlıqları qalır”, - deyə BMT idarəsinin açıqlamasında bildirilib.

İran nümayəndəsi BMT ilə danışıqların davam etdiriləcəyini deyib. “Bizə agentliklə peşəkar işimizi davam etdirmək üçün kiçik, rahat vəziyyət lazımdır”- deyə İran nüvə proqramının başçısı Əli Əsgər Soltaniyə qeyd edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi