Modern.az

Azay Quliyev TV-də qalmaqallı İrəvan səfərindən danışacaq

Azay Quliyev TV-də qalmaqallı İrəvan səfərindən danışacaq

25 Fevral 2012, 16:55

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları Azay Quliyev, Rövşən Rzayev və Fərəc Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-23-də İrəvanda səfərdə olublar.
Ermənistan mətbuatının gündəmindən düşməyən bu səfər haqda millət vəkili Azay Quliyev “Xəzər” TV-yə ətraflı açıqlama verib. Səfər təəssüratları, Azay Quliyevin çıxışı və erməni deputatlar arasında yaşanan gərginlik haqda daha dəqiq məlumatların açıqlandığı “Gündəm” verilişi bu gün saat 23-55-də Xəzər TV-də yayımlanacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi