Modern.az

Qənirə Paşayeva: "Bu, bütün Türk dünyasının problemidir"

Qənirə Paşayeva: "Bu, bütün Türk dünyasının problemidir"

25 Fevral 2012, 17:02

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Necdat Ünuvar Türkiyənin TRT Avaz kanalında canlı yayımının qonağı olublar. Qənirə Paşayeva Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi ətraflı məlumat verib.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
“Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva belə deyib. Millət vəkili hər kəsi Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımın 20-ci ildönümü münasibəti ilə İstanbulun Taksim meydanında 26 fevral  saat 14.00-da keçiriləcək mitinq-yürüşdə iştirak etməyə çağırıb.

“Biz inanırıq ki,  bizim bacı-qardaşlarımız fevralın 26-da saat 14.00-da İstanbulda, Taksim Meydanında keçiriləcək "Kalbimizde Hocalı, Hamımız Karabağlıyız" yürüş-mitinqində iştirak edəcək və biz iki qardaş olaraq birlikdə bütün dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəldərək, birlikdə Xocalıya ədalət tələbi ilə dünyaya səslənəcəyik. Gerçək soyqırımı kimlərin yaptığını artıq görün! deyə.” Eyni zamanda millət vəkili Qənirə Paşayevanın Xocalı soyqırımı ilə bağlı fikirləri Türkiyənin “Zaman”, “Hürriyyət”, “Türkiyə” qəzetlərində də dərc edilib.   

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı