Modern.az

Türkiyədə Xocalı qətliamı və Qarabağ konfransı keçirilib - FOTOLAR

Türkiyədə Xocalı qətliamı və Qarabağ konfransı keçirilib - FOTOLAR

Aktual

25 Fevral 2012, 20:15

İstanbul Barış Platformunun təşkilatçılığı ilə fevralın 25-də İstanbulda “20-ci ildönümündə Xocalı qətliamı və Qarabağ” adlı beynəlxalq konfrans keçirilib.  

Modern.az xəbər verir ki, konfransda Xocalı əhalisinin məruz qaldığı soyqırımı aktı gündəmə gətirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı vəziyyət, bu prosesə dəstək verilməsi məsələləri müzakirə edilib.

Konfransda Azərbaycandan da qonaqlar iştirak edib.

Millət vəkili Fazil Qəzənfəroğlu, “İrəli Azərbaycan” İctimai Birliyinin sədri Baba Tağıyev,  Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az-ın baş redaktoru Elşad Eyvazlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın da qatıldığı konfransda, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət “Beynəlxalq güclərin və Türkiyənin Qarabağ probleminin həllində rolu”,  tarixçi professor Anar İsgəndərov “Qarabağ və erməni məsələsinin tarixi”Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov “Qarabağın statusu və gələcəyi”, dinşünas ekspert İlqar İbrahimoğlu “İslam dünyasının Qarabağ probleminə baxışı” mövzusuna çıxış ediblər.

Qeyd edək ki, konfransa Asiya Dialoqu İctimai Birliyinin sədri Sevil Nuriyeva moderatorluq edib. Konfarns başa çatandan sonra Sevil Niruyeva hər kəsi fevralın 25-də Taksim meydanında keçriləcək Xocalı yürüşünə qatılamağa çağırıb.









Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir