Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün - fevralın 27-də ölkə ərazisində mülayim hava şəraiti hökm sürəcək.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz 8-13 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman
olacaq. Gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Temperatur gündüz 7-12 isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz, səhər saatlarında bəzi yerlərdə duman olacaq. Temperatur gündüz 4-9 isti, dağlarda 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunda 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Temperatur gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava yağmursuz keçəcək, səhər dağlarda zəif duman olacaq. Gündüz 7-12 dərəcə isti, dağlarda 3-8 dərəcə isti olacağı gözlənilir.
Modern.az