Modern.az

Bu gün 13 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bu gün 13 dərəcə isti olacaq - HAVA PROQNOZU

27 Fevral 2012, 09:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün - fevralın 27-də ölkə ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz 8-13 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman 
olacaq. Gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Temperatur gündüz 7-12  isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz, səhər saatlarında bəzi yerlərdə duman olacaq. Temperatur gündüz 4-9 isti, dağlarda 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunda 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Temperatur gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava yağmursuz keçəcək, səhər dağlarda zəif duman olacaq. Gündüz 7-12 dərəcə isti, dağlarda 3-8 dərəcə isti olacağı gözlənilir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir