Modern.az

Millət vəkili bu gün İsraildə Xocalı soyqırımından danışacaq

Millət vəkili bu gün İsraildə Xocalı soyqırımından danışacaq

Aktual

27 Fevral 2012, 12:30


Bu gün İsrailin Netanya şəhərində  Xocali soyqırımına həsr edilən "İsrail-Azərbaycan - strateji ittifaq" adlı elmi praktiki konfrans keçiriləcək. Konfrans İsraildə fəaliyyət göstərən Azərbaycan Diasporası- "İsrail-Azərbaycan" Beynəlxalq Assosasiyası və Netanya Strateji Dialoq Mərkəzi tərəfindən təşkil edilir.

Konfransda İsrail Knessetinin deputatları, İsrail XİN-nin nümayəndələri, alimlər, görkəmli ictimai xadimlər, İsraildə akkreditə olmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali təhsil ocaqlarının və strateji mərkəzlərin aparıcı mütəxəssisləri, həmçinin Azərbaycan diasporasının nümayəndələri iştirak edəcəklər.

Azərbaycanı bu konfransda millət vəkili Qənirə Paşayeva təmsil edir. Millət vəkili həmçinin İsrail Knessetinin deputatları, KİV nümayəndələri ilə görüşlər keçirəcək.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi