Modern.az

Amerikalı general azərbaycanlı alimə məktub göndərib

Amerikalı general azərbaycanlı alimə məktub göndərib

27 Fevral 2012, 14:48

ABŞ Müdafiə Nazirliyinin Avropa Bürosunun rəhbəri general Mark Hertling İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramova rəsmi məktub göndərib. Məktubda azərbaycanlı tədqiqatçının qlobal təhlükəsizlik strategiyasına verdiyi əhəmiyyətli töhfələrdən söz açan  amerikalı general Pentaqonun 2012-2014-ci illəri əhatə edəcək ABŞ Ordusunun Avropa Kampaniya Planı barədə məlumat verib.  Bildirib ki, bu plan ABŞ-ın Müdafiə Startegiyası qaydalarına uyğun olaraq Avropada həyata keçirilən yeni təşəbbüsdür.

Amerikalı general yeni proqram çərçivəsində həyata keçiriləcək elmi-təqdiqat işlərinin əhəmiyyətini də yüksək qiymətləndirərək bunu qlobal təhlükəsizliyin əsas elementi kimi gördüyünü qeyd edib.

General Hertling Avropada yerləşdirimiş 42 min ABŞ zabit və əsgərinin komandanıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir