Modern.az

Gənclər ölkənin təbii sərvətlərinin gələcək nəsillər üçün istifadəsindən danışıblar

Gənclər ölkənin təbii sərvətlərinin gələcək nəsillər üçün istifadəsindən danışıblar

28 Fevral 2012, 11:37

“Saglam İnkişaf və Maarifləndirmə” və “Demokratik İslahatçı Gənclər” (DİGB) İctimai birlikləri “Neft gəlirlərində şəffaflıq və gənclərin iştirakçılığı” mövzusunda növbəti "dəyirmi masa" keçiriblər. Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisində keçirilən tədbirddə DİGB təsisçisi Vüsalə Hüseynli Azərbaycanın neft ölkəsi olduğunu vurğulayaraq, gənclərin MHŞT proseslərində iştirakının zəruriliyini deyib. Tədbirdə  ekspert kimi çıxış edən İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)”nin rəhbəri Vüqar Bayramov  bildirib ki, Azərbaycanın Mədən Sənayesi ölkəsi olması təbii ki, gənclərin və ictimaiyyətin bu prosesə maraq göstərməsini təmin edib. O, iştirakçılara “Müasir, İqtisadi Nəzəriyyələr və Mədən Sənayesində Şəffaflıq Siyasəti" mövzusunda  Azərbaycanın bu prosesdə iştirakı və hazırkı vəziyyət barədə geniş məlumat verib. "Dəyirmi masa"da interaktiv metoda əsasən, gənclərin ünvanladığı “Gənclərin MHŞT proseslərində hansı formada iştirakı mümkündür?", “Ölkəmizin bu prossesdə gələcək perspektivləri necədir?" , ümumilkdə neft ölkələrinin istifadə etdikləri modellər, Azərbaycanın bir neft ölkəsi kimi tətbiq etdiyi neft modeli, ölkənin təbii sərvətlərinin gələcək nəsillər üçün istifadəsi və s suallar ekspert tərəfindən cavablandırılıb.

V.Bayramov bildirib ki, bu gün dünyada iqtisadiyyatında ən güclü  yeri olan ölkənin Böyük Britaniya olduğunu nümunə göstərərək, Azərbaycanın iqtisadi durumunun belə bir səviyyəyə qalxması üçün münasib olduğunu bildirib. Tədbirin sonunda iştirakçılara MHŞT –ilə bağlı təqdimat materailları paylanılıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?