Modern.az

Bakıda Hacıbala Abutalıbovun istefası tələb olunub

Bakıda Hacıbala Abutalıbovun istefası tələb olunub

Aktual

28 Fevral 2012, 16:50

Fevralın 28-də Prezident Administrasiyasının qarşısında «GEN» MMC və«Fuad» MMC tikinti şirkətlərindən ev alan, ancaq sonradan aldadılaraq evlə təmin olunmayan bir qrup payçı etiraz aksiyası keçirib. Onlar «Evimizi tələb edirik!», «Pulumuzu tələb edirik» kimi şüarlar səsləndiriblər.
"Azadlıq" radiosunun məlumatına görə, polis aksiyaçıları dağıdıb. Prezident Administrasiyasından aksiyaçılara bildiriblər ki, Bakı şəhər İcra Hakimiyyətinə getsinlər, icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onları qəbul edəcək. Aksiyaçılar İcra Hakimiyyətinə gəlsələr də, onları qəbul edən olmayıb. Bundan sonra onlar «Hacıbalaya istefa!» şüarları səsləndirib, yolu bağlamağa çalışıblar. Polis bura da onları dağıdıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?