Modern.az

Türkiyə Böyük Millət Məclisində Xocalı sərgisi açılıb

Türkiyə Böyük Millət Məclisində Xocalı sərgisi açılıb

Aktual

28 Fevral 2012, 19:22

Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məclisinin Şərəf salonunda Xocalı hadisələrindən bəhs edən rəsm əsərləri nümayiş etdirilir. Modern.az saytının məlumatına görə, Türkiyənin tanınmış rəssamı Funda Tuncelin əsərlərindən ibarət sərgi Türkiyə Böyük Millət Məclisinin nümayəndələri tərəfindən izlənilir. Sərgi “Qarabağ torpağı üşüyürmü?” adlanır.

Bu tədbir “Lider Qadınlar” İctimai Birliyi və Türkiyə - Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, bundan öncə rəssamın Xocalıya aid əsərləri İtaliyanın Florensiya şəhərində sərgilənmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır