Modern.az

Türkiyə QHT-lərindən ermənilərə təpki

Türkiyə QHT-lərindən ermənilərə təpki

29 Fevral 2012, 11:32

Türkiyə Sivil Toplum Quruluşları Federasiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

Bu barədə “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızına məktub göndərilib.

Modern.az saytının məlumatına gör, bəyanatda deyilir ki, insanlıq tarixi vicdanı olan hər kəsi insanlığından utandıran müharibələr və soyqırımlarla doludur. 25-26 fevral 1992-ci ildə Xocalıda törədilən vəhşilik isə bu tarixin ən qorxunc, ən zalım, ən ağılasığmaz soyqırımlarından biridir...

“Bölgədəki olaylar bitdikdən sonra ortaya çıxan çirkli siyasətin nəticəsi: bir kəndin giriş-çıxışlarını bağlamaqla əhalinin qaçmasını əngəlləmək, bir gecədə qadın, uşaq və yaşlılar da daxil olmaqla 613 insanın kəsilməsi, doğranması, dərilərinin soyulması, yandırılması kimi insan zəkasının ala bilməyəcəyi üsullarla öldürüldüyü, minlərcə insanın yaralandığı, kənddən sağ çıxmağı bacaranların isə böyük bir hissəsi qaçarkən həyatını itirdiyi tərifi mümkün olmayan bu soyqırımı nə unuda bilərik, nə də unutdura bilərik”-deyə bəyanatda bildirilir.

Daha sonra qeyd edilir: “Bizlər qeyri-hökümət təşkilatlarının təmsilçiləri, insanlığa olan inancı dərindən yaralayan bütün soyqırımları və Xocalı soyqırımını edənləri şiddətlə qınayır, yaşananların unudulmasına  qarşı olaraq qanuni və insani hər cür fəaliyyətdə yer aldığımızı bilməyinizi istəyirik.
Başda ağrılarını bütün qəlbimizlə hiss etdiyimiz Azərbaycan xalqı olmaqla, bütün dünya ictimaiyyətinə hörmətlə çatdırırıq”.

Bəyanatı konfederasiyanın rəhbəri Hasan Ekşi imzalayıb.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər