Modern.az

“QHT Məktəbi”nin 750 məzunu olub

“QHT Məktəbi”nin 750 məzunu olub

26 Dekabr 2009, 15:58

Modern.az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi dekabrın 26-da “QHT Məktəbi” proqramının bu il üzrə fəaliyyətinə yekun vurmaq məqsədilə Milli QHT Forumunda təqdimat mərasimi keçirib.
Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyətlər həyat keçirmək olan “QHT Məktəbi”nin  təqdimat mərasimini giriş sözü ilə açan mərkəzin təsisçisi Vüsal Quliyev məktəb haqqında geniş məlumat verib, uğur və nəailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, bildirib ki, QHT Məktəbi artıq 7-ci ildir ki, fəaliyyət göstərir və bu günədək 750 nəfər bu məktəbin məzunu ola bilib. O, eyni zamanda bildirib ki, məktəb dörd istiqamətdə fəaliyyət həyata keçirir. Buraya QHT-lərin yaradılması və idarə olunması sahəsində təlimlərin təşkili, məsləhət xidmətlərinin keçirilməsi, təcrübə proqramlarının təşkili və informasiya kampaniyalarının keçirilməsi daxildir.
Tədbirdə iştirak edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni də məktəbin əhəmiyyətindən danışıb və bildirib ki, burada iştirak edən insanlar gələcəkdə hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq cəmiyyətin fəal üzvlərinə çevriləcəklər. Təqdimat mərasiminin sonunda təlimi uğurla bitirən 20 nəfər gəncə şəhadətnamə təqdim olunub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi