Modern.az

Ədliyyə Nazirliyi hüquqşünasları işə dəvət edir

Ədliyyə Nazirliyi hüquqşünasları işə dəvət edir

29 Fevral 2012, 12:16

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»na müvafiq olaraq ölkəmizdə əhaliyə, xüsusilə onun aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi və onların maarifləndirilməsi məqsədilə müxtəlif bölgələrdə 20 regional hüquqi məsləhət xidmətləri mərkəzləri fəaliyyətlərini davam etdirir.

Gəncə, Sumqayıt və Şirvan şəhərlərində, Goranboy, Ağstafa, Gədəbəy, Yevlax, Beyləqan, Şəki, Göyçay, Qəbələ, Qusar, Siyəzən, Şamaxı, İmişli, Salyan, Lerik, Masallı rayonlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən bu regional mərkəzlərdə işləmək üçün yerli hüquqşünaslar arasında seçim aparılır. Bununla əlaqədar həmin mərkəzlərdə işləmək istəyən zəruri nəzəri və peşə hazırlığına, həmçinin müvafiq təcrübəyə malik olan ali təhsilli hüquqşünaslar işə dəvət olunurlar.

Arzu edənlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon 537-05-90, elektron poçt «[email protected]»), Naxçıvan Muxtar Respublikasında isə Muxtar Respublikanın Ədliyyə Nazirliyinə (Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 9, telefon 545-00-69) müraciət edə bilərlər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı