Modern.az

Kamal Abdulla “Ədəbiyyat qəzeti”ni tənqid etdi

Kamal Abdulla “Ədəbiyyat qəzeti”ni tənqid etdi

1 Mart 2012, 14:24

“Azərbaycanda “Ədəbiyyat qəzeti” yoxdur. “Ədəbiyyat qəzeti” ədəbi prosesləri tam işıqlandıra bilmir.Təəssüflər olsun ki, bu qəzet Azərbaycan ədəbiyyatının inkişafına heç bir töhfə vermir. Ədəbiyyatla bağlı yük “525-ci qəzet”in və başqa bir, iki mətbu orqanın üzərinə düşür”.

Modern.az-ın məlumatına görə, bu sözləri Bakı Slavyan Universitetinin rektoru, tanınmış yazıçı Kamal Abdulla qəzet redaktorları ilə tələbələr arasında keçirilən görüşdə deyib.Rektor redaktorlardan xahiş edib ki, öz qəzetlərində ədəbi proseslərin işıqlandırılmasına geniş yer ayırsınlar. Yazıçı mətbuatın ədəbi materialların çapına xüsusi diqqət ayırmasının vacibliyini qeyd edib.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır