Modern.az

Quba camaatından tələb: "İcra başçısı qarşımızda istefa versin!"

Quba camaatından tələb: "İcra başçısı qarşımızda istefa versin!"

1 Mart 2012, 15:11

Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında yerli sakinlərin kütləvi etiraz aksiyası ilə bağlı hadisə yerinə gedən 52 saylı Quba seçki dairəsindən olan millət vəkili  Vahid  Əhmədov və nəqliyyat naziri Ziya Məmmədov camaat qarşısında çıxış ediblər. Bu barədə Modern.az saytına deputat Vahid Əhmədovun qərargahından məlumat verilib.
Qərargahdan bildirilib ki, deputat və nazir camaat qarşısında çıxış edən zaman aksyaçılar tələb ediblər icra başçısı Rauf Həbibov gəlib camaat qarşısında üzr istəyib, istefa versin.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında yerli sakinlərin kütləvi etiraz aksiyası keçirilir. RİH başçısı Rauf Həbibovun istefasını tələb edən aksiya iştirakçıları onun evini də yandırıblar.


Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir