Modern.az

Ramil Usubov pakistanlı generalla görüşüb

Ramil Usubov pakistanlı generalla görüşüb

1 Mart 2012, 19:25

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir iki ölkə arasındakı dostluq əlaqələrinin tarixi kökləri olduğunu xatırladıb və qeyd edib ki, Azərbaycanın Pakistan İslam Respublikası ilə diplomatik münasibətləri yaranan gündən bu əlaqələr strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməkdədir. Daha sonra qonaqlara cinayətkarlığa qaşı mübarizənin vəziyyəti və kriminogen durumla bağlı məlumat verilib. Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiya və insan alverinə, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. 
General Xalid Şamim Vayn ətraflı məlumata görə minnətdarlığını bildirib, Pakistan İslam Respublikasının bundan sonra da həmişə Azərbaycanın yanında olacağını, onun haqq işini müdafiə edəcəyini deyib. 
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir