Modern.az

Tanınmış jurnalist bu gün qətlə yetirilmişdi - FOTOLAR

Tanınmış jurnalist bu gün qətlə yetirilmişdi - FOTOLAR

2 Mart 2012, 09:30

Bu gün mərhum jurnalist Elmar Hüseynovun qətlə yetrildiyi günüdür. Bu qətlin törədilməsinin 7 ili tamam olsa da, onun üstünün nə zaman açılacağı bilinmir. Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. “Bakı Bulvarı” və “Monitor” jurnalının baş redaktoru olub.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir