Modern.az

Azercell-dən daha bir yenilik

Azercell-dən daha bir yenilik

Aktual

2 Mart 2012, 11:20

Şirkət “Portal 111” xidmətini istifadəyə verdi

Hər zaman abunəçilərin rahatlığını düşünən Azercell Telekom bu dəfə də ənənəsinə sadiq qalıb. Bütün abunəçilər üçün yeni “Portal 111” xidmətini istifadəyə verib. Bu xidmət sayəsində Azercell abunçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq Portal 111-ə pulsuz daxil olub, müxtəlif Azercell xidmətlərindən istifadə edə bilərlər.

Portal 111-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm Fakturalı, həm də SimSim abunəçiləri Portal 111-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısından onlara uyğun olan xidmətləri seçə biləcəklər. Məlumat üçün bildirək ki, Portal 111 komandasının köməkliyi ilə SimSim  abunəçiləri Simkredit, Günlük Gizlətcell, Rominq xidməti, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım-xidmətlərindən istifadə edə biləcəklər. Eyni zamanda Azercell Fakturalı xətt abunəçiləri də, Günlük Gizlətcell, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən yararlana bilərlər. Beləliklə siz artıq heç bir açar sözü və ya qısa nömrə yadda saxlamadan Azercell xidmətlərini Portal 111-də sifariş edib faydalana bilərsiniz.

Xatırladaq ki, Azercell Telekom Azərbaycanda ilk dəfə olaraq Online müştəri xidmətlərini və  eyni zamanda Facebook sosial şəbəkəsindən istifadə edən abunəçiləri üçün  xüsusi müştəri proqramını istifadəyə verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi