Modern.az

Ermənilər Xocalı filmi çəkiblər

 Ermənilər Xocalı filmi çəkiblər

Aktual

2 Mart 2012, 12:55


Ermənilərdən növbəti həyasızlıq... Erməni prodüsser Arman Saqatelyan Xocalı qətliamı barədə “Aclıq və ölüm arasında. Həyat bahasına hakimiyyət ” adlı film çəkib. Modern.az xəbər verir ki, bu barədə ermənilərin tert.am saytı məlumat yayıb. Filmdə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri qətliam və soyqırımı rədd edilir və orada mülki əhalinin öldürülməsinin erməni tərəfinin beynəlxalq normaları pozmasının nəticəsi olmadığı ideyası irəli sürülür.

Film Azərbaycan tərəfinə ittihamlar üzərində qurulub.

Prodüsserin sözlərinə görə, filmdə materilların toplanılmasında çex jurnalisti Dana Mazalova kömək edib. Filmdə əsasən çex jurnalistinin o dövrdə prezident olmuş Ayaz Mütəllibovla müsahibəsinə istinad edilib.  Saxta iddialarla və Azərbaycan əleyhinə yönəlmiş film martın 3-də “Moskva” kinoteatrında nümayiş olunacaq. Filmin 7 dilə tərcüməsi nəzərdə tutulur.

Düşmən tərəfi bununla bir daha göstərdi ki, ermənilərin apardığı saxta informasiya müharibəsi sərhəd tanımır. Onlar “yalanı daha çox deyin, o zaman inanacaqlar” prinsipi ilə hərkət edirlər.

Ermənistan artıq Xocalı qətliamının onlar üçün necə dəhşətli bir ittihama çevrildiyini, dünya ictimaiyyətının gözünə kül üfürməyin mümkün olmadığının fərqindədir. Buna görə də hər vəhclə tərətdikləri bu soyqırımının məsuliyyətini üstlərindən atmağa çalışır.lar   

Erməni hiyləsi, məkri ələ düşən hər şeydən  o dəqiqə istifadə edir.  Həmişə olduğu kimi...

 

Əfsanə BAYRAMQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır