Modern.az

Jurnalistlər Elmar Hüseynovun qəbrini ziyarət ediblər

Jurnalistlər Elmar Hüseynovun qəbrini ziyarət ediblər

2 Mart 2012, 15:29

Modern.az saytının məlumatına görə, bu gün günorta saatlarında bir qrup KİV nümayəndəsi mərhum jurnalist Elmar Hüseynovun xatirəsinə təşkil olunan anım mərasiminə qatılıb, onun məzarını ziyarət ediblər.7 il öncə yaşadığı evin qarşısında qətlə yetirilən jurnalistin ölüm günündə keçirilən anım mərasiminə yaxınları, dostları, siyasi partiya nümayəndələri qatılaraq mərhumla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, “Monitor” jurnalının baş readaktoru Elmar Hüseynov 2005-ci il mart ayının 2-də Bakıda qətlə yetrilib.

Qətlə bağlı hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb. Bunlar Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. Hələlik bu istiqamətdə araşdırmalar davam edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?